Binəqədidə “Müzəffər ordumuzun zəfər yürüşü” adlı rəsm müsabiqəsi keçiriləcək

0

Binəqədi rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ikinci Qarabağ müharibəsi dövründə Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi qələbələrə həsr olunmuş “Müzəffər ordumuzun zəfər yürüşü” adlı onlayn rəsm müsabiqəsinə start verilir.
Müsabiqənin keçirilməsi qaydaları:
*Müsabiqədə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin I-XI sinif şagirdləri, gənclər və rəsm studiyalarının uşaqları iştirak edə bilər;
*Rəsm işləri A3 formatından kiçik olmamaq şərti ilə ağ-qara və yaxud rəngli çəkilməlidir;
*Rəsm işlərinin üzərində müəllifin soyadı, adı və təmsil etdiyi təhsil müəssisəsinin adı mütləq qeyd olunmalıdır;
*Çəkilmiş rəsm işləri 06 noyabr saat 12:00-dək idarəmizin +99477-228-00-70 whatsapp nömrəsinə göndərilməlidir.
Rəsm işləri təşkilatçılar tərəfindən yaradılmış münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin yekun qiymətləndirilməsi mərhələli şəkildə Binəqədi rayon Gənclər və İdman İdarəsində keçiriləcəkdir.
Qeyd: Müsabiqədə I, II, III yerləri tutmuş iştirakçılar Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla təltif olunacaqlar. İştirakçılar təltifetməyə gələrkən çəkdikləri rəsm işlərini və şəxsiyyətini təqdim edən sənədi idarəmizə təqdim etməlidirlər.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin