Binəqədidə mini futbol turniri keçirilib – Ordumuzun əldə etdiyi qələbələrə həsr olunub

0
bineqedi-turnir-qelebe
Azərbaycan ordusunun torpaqlarımızın bütövlüyü uğrunda əldə etdiyi qələbələrə həsr olunmuş “Mini futbol” turniri keçirilib.
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 22 oktyabr 2020-ci il tarixində Binəqədi rayonunun ərazisində yerləşən Azfar MMC-nin stadionunda Azərbaycan ordusunun torpaqlarımızın bütövlüyü uğrunda əldə etdiyi qələbələrə həsr olunmuş “Mini futbol” turniri keçirilib.
Bineqedi.info-ya verilən məlumata görə, “Futbol” turnirinin nəticəsinə əsasən 1-ci yeri “Şuşa” komandası, 2-ci yeri “Zəngilan” komandası, 3-cü yeri “Xocalı” komandası tutub.
Qaliblərin mükafatlandırılması mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Kütləvi Bədən Tərbiyəsi Sektorunun müdiri Samir Salehov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov, baş məsləhətçisi Elvin Quliyev, aparıcı məsləhətçi Rafiq Nəsirov iştirak etmişdir.
bineqedi-turnir-qelebe-qalib
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq COVID-19 virusunun qarşısının alınması məqsədi ilə sosial məsafə qorunub. İştirakçılar hərarətləri yoxlanıldıqdan sonra stadiona daxil olub.
Bineqedi.info
bineqedi-turnir-qelebe
bineqedi-turnir-qelebe-qalib

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin