91 il əvvəl Zəngilandan alınaraq Ermənistana verilən Nüvədi kəndinin sakinləri Prezidentə müraciət etdilər – TAM MƏTN

0
nuvedi-kendi-yeni

1929-cu ildə Azərbaycan SSR-nin Zəngilan rayonun tərkibindən alınaraq Ermənistan SSR-nin Mehri rayonunun tərkibinə daxil edilən və 1991-ci ilin avqust ayında işğal olunan Nüvədi kəndinin sakinləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. 

Həmin müraciəti olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevə
Nüvədi kənd sakinlərinin MÜRACİƏTİ

Hörmətli Cənab Prezident,
Son 200 il ərzində Azərbaycan xalqı çoxsaylı faciələrlə üzləşərək sahib olduğu tarixi torpaqlarının böyük hissəsini itirmək məcburiyyətində qalıb. İrəvan xanlığı və Zəngəzur mahalı da son iki əsrdə itirdiyimiz tarixi torpaqlarımızın bir hissəsidir. Sizin dəfələrlə səsləndirdiyiniz “Ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır” sözləri biz Nüvədi kənd sakinlərinin qəlbində o torpaqlara qayıdacağımıza olan inamı sönməyə qoymayıb.

Hörmətli Cənab Ali Baş Komandan,
Sizin rəhbərliyiniz altında rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməyə başladığı andan hər bir Nüvədi kənd sakininin illərdir sönməyən vətən həsrəti yenidən alovlanmağa başlayıb. Rəşadətli Azərbaycan Ordusunun Zəngilan rayonunu işğaldan azad edərək Nüvədi kəndinin cəmi bir-neçə kilometrliyinə kimi irəlilədiyi xəbərini eşitdiyimiz andan 29 illik vətən həsrətinin sona çatacağına daha çox əmin olmağa başlamışıq.
Sizə də məlum olduğu kimi hazırda Zəngilan rayonu ilə həmsərhəd ərazidə yerləşən Nüvədi kəndinin Ermənistana verilməsi təşəbbüsünü 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi Levon Mirzoyan irəli sürüb. Təəssüf ki, erməni xislətinə sadiq qalan Levon Mirzoyanın bu təşəbbüsü 1969-cü ilin may ayında – xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsinə cəmi 2 ay qalmış tələsik şəkildə reallaşıb. Nüvədi kəndini Ermənistana verən xainlər bilirdilər ki, Ümummilli lider Heydər Əliyev belə təşəbbüsə heç vaxt razı olmayacaq.
Cənab Prezident, bildiyiniz kimi Ümummilli lider Heydər Əliyev Nüvədi kəndi və onun sakinləri haqqında hər zaman yüksək fikirdə olub. 29 dekabr 1996-cı il tarixində Ümummilli lider Heydər Əliyev Zəngilan rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı Nüvədi kəndi və onun sakinləri haqqında bu sözləri deyib:
“Nüvədi kəndi qədim ənənələrə mənsub olan kənddir. Nüvədi kəndinin əhalisi çox dəyanətli insanlardır. Ermənistan ərazisindən azərbaycanlıların əksəriyyəti çıxarıldığı halda onlar oradan çıxmırdılar. 1991-ci ildə onları oradan zorla çıxartdılar”.

Hörmətli Cənab Prezident,
1988-91-ci illərdə – 3 il ərzində Ermənistanın təcavüzünə qarşı təkbaşına mübarizə aparan Nüvədi kəndinin sakinləri kəndi tərk etdikdən sonra yaxınlıqdakı Zəngilan rayonun Vejnəli kəndində məskunlaşaraq mübarizəni davam etdiriblər. Nüvədi kənd sakinləri tərəfindən yaradılan “Nüvədi batalyonu”nun əsgərləri Zəngilan rayonu işğal olunana kimi ön cəhbədə düşmənlə qəhrəmancasına vuruşublar. Bu müharibədə “Nüvədi batalyonu”nun bir-neçə əsgəri şəhid olub, bir-neçəsi isə ağır şəkildə yaralanıb. Əgər razılıq versəniz Nüvədi kəndinin sakinləri yenidən əllərinə silah alaraq doğma torpaqlarımızı azad etmək üçün vuruşmağa hazırdırlar.

Hörmətli Cənab Ali Baş Komandan,
Bu gün Ermənistanda Azərbaycanın 3 eksklav ərazisi – Sədərək rayonunun Kərki, Qazax rayonun Yuxarı Əskipara və Bərxudarlı kəndləri işğal altındadır. Məlum məsələdir ki, Ermənistan işğal altındakı Qarabağdan sülh yolu ilə çıxmaq niyyətində deyil. Belə olan halda Ermənistan öz ərazisindəki anklav bölgələrə – Kərki, Yuxarı Əskipara və Bərxudarlı kəndlərinə azərbaycanlıların geri qayıtmasını təmin etməyəcək. İşğal edilən bu 3 kəndimizin qarşılığında Azərbaycan Ordusunun vaxtı ilə azərbaycanlıların yaşadığı və Zəngilan rayonundan cəmi bir-neçə kilometr aralıda yerləşən Nüvədi kəndinə daxil olması barədə əmr verməyinizi sizdən xahiş edirik.

Hörmətli Cənab Prezident,
Biz Nüvədi kənd sakinləri olaraq tarixi ədalətin bərpa edilməsində və Azərbaycanın haqlı davasında atdığınız qətiyyətli addımları, aldığınız qərarları yüksək qiymətləndiririk. İnanırıq ki, siz Nüvədi kənd sakinlərinin öz dədə-baba torpaqlarına qayıtmasını təmin etməklə Azərbaycan tarixində daha bir parlaq səhifəni açmış olacaqsınız.

İnanırıq ki, siz növbəti çıxışlarınızın birində “NÜVƏDİ azərbaycanlılarındır!” deyəcəksiniz. 

Dərin hörmətlə Nüvədi kənd sakinləri adından
1. Həsənov Balakişi Balakişi oğlu
2. Qasımov Fərman Bərxudar oğlu
3. Quliyev Qulu Dadaş oğlu
4. Qurbanov Təvəkkül Fərəc oğlu
5. Sərməstov Məhərrəm Səmi oğlu
6. Hətəmxanov Abbas Dostməmməd oğlu
7. Əhmədov İsfəndiyar Yadulla oğlu
8. Əliyev Üzeyr Əli oğlu
9. Abbasov Qurbanəli Cəlal oğlu
10. Əliyev Aqil Həmzə oğlu
11. Əliyeva Hafizə Ağalar qızı
12. Əliyeva Fatimə Əhmədəli qızı
13. Qəhrəmanova Hasilə Məstan qızı
14. İmanquliyev Əsgər Nəsəf oğlu
15. Cəfərov Nail Nadir oğlu
16. Qurbanov Əsəd Camal oğlu
17. Qəhrəmanova İslam Məstan oğlu
18. Həsənov Şəmkir Zakir oğlu
19. Qurbanov Elmar Allahyar oğlu
20. Babatov Sərdar Sağlar oğlu
21. Babatov Rahib Əbil oğlu
22. Qurbanov Bakir Allahyar oğlu
23. Baxşəliyeva Paşa Bayram oğlu
24. Qurbanova Zümrüd Şahmurad oğlu
25. Hüseynov Firudin Zülfiqar oğlu
26. Baxşəliyeva Sayad Xudu qızı
27. Həsənov Tərlan Məmməd oğlu
28. Babatov Nəzi Gümüş oölu
29. Tarverdiyev Qurban Məstan oğlu
30. Həsənova Əntiqə Dadaş qızı
31. Həsənov Mustafa Mahmud oğlu
32. Cəfərov Anar Aydın oğlu
33. Möhsümov Nəsir Qüdrət oğlu
34. İbadov Arif Gülü oğlu
35. İbadov Elmar Gülü oğlu
36. Məmmədov İntiqam Soltan oğlu
37. Rəhimov Qafar Hüseyn oğlu
38. Əliyev Gülbala İbrahim oğlu
39. Əliyev Məhəmmədəli Səhleli oğlu
40. Abbasov Asəf Məhərrəm oğlu
41. Cəfərov Fazil Nadir oğlu
42. Rzayev Bəşir Süleyman oğlu
43. Bağırov Elşən Əlverdi oğlu
44. Həsənov Qiyas Filman oğlu
45. Allahverdiyev Mustafa Xurşud oğlu
46. Quliyev Rasim Mirzə oğlu
47. Əliyeva İlahə Həmzə qızı
48. Qurbanov Səid Elmar oğlu
49. Qurbanov Tural Bakir oğlu
50. Abbasova Şəfayət Camal oğlu
51. İbadov Vurğun Gülü oğlu
52. Rzayev Humay Süleyman oğlu
53. Əliyev Xaliq Qızıl oğlu
54. Əbilov Orucəli Səməd oğlu
55. Qəhrəmanova Sevinc Məstan qızı
56. Həsənov Humay Əli oğlu
57. Həsənova Nuranə Zakir qızı
58. Həsənov Lətif Zakir oğlu
59. Qurbanov Məmməd Elmar oğlu
60. Bağırov Əhsən Əlverdi oğlu
61. Allahverdiyev Rüstəm Allahverdi oğlu
62. Əhmədov Şəmsəddin Yadulla oğlu

QEYD: Heydər Əliyevin Nüvədi kəndi haqqında dedikləri:

yeniavaz

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin