Binəqədidə avtomobil yük maşını ilə toqquşub: xəsarət alan var

0
bineqedi-yol-qezasi

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Bineqedi.info saytı APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt magistralında qeydə alınıb.

Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında hərəkətdə olan “Mercedes” markalı minik maşını yol kənarında dayanan “Foton” markalı avtomobilə çırpılıb.

Nəticədə avtomobildə bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin