Binəqədidə “Müstəqilliyimiz əbədidir!” adlı onlayn tədbir keçirilib

0
bineqedi-binegedi-binagadi
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin və Binəqədi Gənclər evinin birgə təşkilatçılığı ilə 18 oktyabr – Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir!” adlı onlayn (canlı yayım) tədbir keçirilib.
Bineqedi.info xəbər verir ki, tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçi Səadət Quliyeva, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin Hüquq şöbəsinin müdiri Eldar Məmmədov, İctimai-Humanitar Məsələləri sektorunun müdiri Fidan Məhərrəmova və rayonun fəal gəncləri iştirak edib.
bineqedi-binegedi1
Tədbirdə 18 oktyabr – Müstəqillik Günü ilə əlaqədar məlumatlar verilmiş, vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmiş, videorolik təqdim olunub.
Sonda rayonun fəal gənclərinə “Fəxri Fərman”lar təqdim edilib.
Tədbir Operativ Qərargahın tələblərinə ciddi şəkildə əməl etməklə, qanunvericiliklə nəzərdə tutulmuş qaydalara uyğun (sosial məsafənin qorunması, hərarətin ölçülməsi, dezinfeksiya vasitələrindən və maskadan istifadə) keçirilib.
Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin