Binəqədidə anbarda yanğın olub

0
mebel-sexi-yangin

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 660 kvadrat metr olan anbarın dam örtüyünün taxta atmaları 6 kvadrat metr sahədə, içərisində boş kisələr 30 kvadrat metr sahədə və elektrik kabeli yanıb.

Bineqedi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, anbarın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin