Binəqədidə silsilə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

0
yeddinci-polis-bineqedi

Binəqədi rayonunda bağ evindən oğurluq etməkdə şübhəli bilinən Bakı sakini saxlanılıb.

Bineqedi.info Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 7-dən 22-dək olan müddətdə rayon ərazisindəki bağ evlərinin birindən 100 manat dəyərində 2 ədəd samovar və kondisioner, 2 avtomobildən isə maqnitofon, pul və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Abbasov saxlanılıb.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin