Binəqədidə qanunsuz özəl mühafizə fəaliyyəti aşkarlanıb

0
bineqedi-bileceri-temir2

Binəqədi rayonu ərazisində yerləşən bir Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) qanunsuz özəl mühafizə fəaliyyəti ilə məşğul olması faktı aşkar edilib.

DİN-dən Bineqedi.info saytına verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 534-cü (əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşıma) maddəsinin tələblərini pozduqlarına görə MMC-nin təsisçisi, Bakı şəhər sakini E.Abıyev və 3 işçisi barəsində inzibati protokollar tərtib olunub.

Həmin MMC-nin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı üzrə də   araşdırma müvafiq bölmədə aparılır.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin