Binəqədidə konfrans: “Ermənistan beynəlxalq sülhə təhlükədir”

0

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin və Azərbaycan Gənclik Platformasının təşkilatçılığı ilə “Ermənistan beynəlxalq sülhə təhlükədir” mövzusunda 21 sentyabr Beynəlxalq Sülh Günü münasibətilə videokonfrans keçirilib.

Bineqedi.info-ya verilən məlumata görə, tədbirin əsas məqsədi Beynəlxalq Sülh Gününün mahiyyəti və Ermənistanın beynəlxalq sülhə təhlükə olmaqla bərabər Azərbaycana qarşı apardığı işğal siyasəti haqqında gənclərə məlumat verməkdir. YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin üzvü İsa Bayramov giriş nitqi ilə çıxış edərək, gənclərə tədbirin məqsədi haqqında məlumat verdi. Çıxış üçün söz Azərbaycan Gənclik Platformasının sədri Fariz Vəliyevə verildi. Fariz Vəliyev keçirilən tədbirin önəmindən danışaraq, gənclərlə bağlı vətənpərvərlik istiqamətində tədbirlərin daha fəal şəkildə keçirilməsinin vacibliyini vurğuladı. YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev çıxış edərək, Azərbaycanın Qarabağla bağlı haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gənclərin üzərində düşən əsas vəzifələr haqqında danışdı. Daha sonra Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov iştirakçılara sosial şəbəkələrdə, düşmənə qarşı informasiya müharibəsində gənclərin təbliğat işinə cəlb olunması və Binəqədi rayonunda gənclərlə bu istiqamətdə görülən işləri vurğuladı.

Bineqedi.info

Bineqedi konfrans

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin