7-ci mikrorayonda 6 yaşlı qızı avtomobil vurdu

0

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. 7-ci mikrorayonda evlərinin yanında yolu keçən 2014-cü il təvəllüdlü Həsənova Rəna Nicat qızını minik avtomobili vurub. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin