Binəqədidə təmizlik işləri davam etdirilir

0

Bakı şəhərində sanitar-epidemioloji vəziyyətin yaxşılaşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında rayon ərazisində təmizlik işlərinin görülməsi davam etdirilir.

Bineqedi.info saytı xəbər verir ki, sərəncama əsasən, təsdiq edilmiş tədbirlər planına uyğun olaraq rayon ərazisində məişət tullantılarının idarə edilməsi işləri həyata keçirilir.

Görülmüş işlər çərçivəsində aidiyyəti qurumlar tərəfindən məişət tullantı konteynerlərinin qoyulması üçün yeni meydançaların, o cümlədən mövcud müvafiq meydançaların bərpası işləri davam etdirilir. Bununla bərabər, sakinlərin istifadəsinə verilmiş tullantılar üçün nəzərdə tutulmuş konteynerlərdə zəruri təmir bərpa işləri çərçivəsində bir sıra işlər görülməkdədir.

Eyni zamanda rayon ərazisində tullantılar nəticəsində süni şəkildə yaradılmış paliqonların ləğv edilməsi, gündəlik məişət tullantısının daşınması və zərərsizləşdirilməsi təmin edilir.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin