Avtomobili tapılaraq özünə qaytarılan şəxs nazirə təşəkkür edib

0

Bir neçə gün öncə Bakının Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yaşayan Qulam Qurbanova məxsus “Tofaş” markalı avtomobilin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırıldığını bildirmişdik.

Bineqedi.info saytı xəbər verir ki, Qulam Qurbanovun avtomobili tapılaraq özünə qaytarılıb: “Mən taksi sürücüsüyəm. Ailəmi avtomobilimlə taksi xidməti göstərərək dolandırıram. İşdən evə gələrkən avtomobilimi binamızın qarşısındakı yolun kənarında saxladım. Səhəri gün gələndə gördüm ki, maşınım yerində yoxdur. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət etdim. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən avtomobili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Fətəliyev saxlanıldı. Onun qaçırdığı avtomobilim polislər tərəfindən müəyyən edilərək mənə qaytarıldı. İndi yenə həmin avtomobilimlə taksi xidməti göstərir, ailəmi dolandırırıam.

Mən fürsətdən istifadə edib bu operativliyə və müraciətə göstərilən diqqətə görə Daxili İşlər naziri cənab Vilayət Eyvazova təşəkkür edirəm.
Avtomobilim axtarılarkən proseslə əlaqədar bir neçə dəfə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində oldum. Bölmənin rəisi Cavid İsmayılova müraciətimə dərhal reaksiya verildiyinə, görülmüş operativ tədbirlərlə müsbət həll olunduğuna görə dərin minnətdarlığımı bildirirəm.
5-ci Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə və vətəndaşlara göstərdikləri səmimi münasibətə görə təşəkkür edir, çətin və şərəfli işlərində uğurlar arzulayıram”.
Bineqedi.info

Bineqedi hadise

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin