Binəqədidə beşmərtəbəli yaşayış binasında yanğın olub

0

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 45 kvadrat metr olan iki otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 18 kvadrat metr sahədə yanıb.

Bineqedi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin