Binəqədi rayonunda könüllülər arasında “Futbol” birinciliyi keçirilib – Fotolar

0
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin təşkilatçılığı ilə 15 sentyabr 2020-ci il tarixində Azfar MMC-nin stadionunda könüllülər arasında “Futbol” birinciliyi   keçirilib.
Bineqedi.info -ya verilən məlumata görə, “Futbol” birinciliyinin nəticəsinə əsasən birinci yeri “Şahin” komandası , ikinci yeri “Red Devils” komandası, üçüncü yeri “YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyi” komandası tutdu.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, baş məsləhətçi Elvin Quliyev, aparıcı məsləhətçi(İdman sahəsi) Rafiq Nəsirov, Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin sədri Miraqil Seyidzadə, baş katib Əkbər Mikayılov iştirak etdilər.
Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq COVID-19 virusunun qarşısının alınması məqsədi ilə sosial məsafə qorunub. İştirakçılar hərarətləri yoxlanıldıqdan sonra stadiona daxil olublar.
Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin