Binəqədidə 38 yaşlı kişi bıçaqlanıb

0
tecili-yardim

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bineqedi.info report-a istinadən xəbər verir ki, Sulutəpə qəsəbəsində mübahisə zəmnində bıçaqlanan 1982-ci il təvəllüdlü Məmmədov Rüstəm Şamxal oğlu tanışı tərəfindən bıçaqlanıb və təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı onda böyrək nahiyəsinin daxilə nüfuz edən bıçaq yarası aşkarlanıb. R.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Polis hadisənin təfərrüatını araşdırır.