Binəqədi rayonunda yerləşən Laçın rayonu 21 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib – Fotolar

0

Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi “Bağlar” massivində yerləşən Laçın rayonu 21 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib. Tədbirdə nazir müavini Firudin Qurbanov, Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov və məktəb direktoru iştirak ediblər.
Bineqedi.info saytı xəbər verir ki, Təhsil Nazirliyindən bildiriblər ki, bu məktəb 264 şagird yerlikdir. Təhsil müəssisəsində sinif və məktəbəhazırlıq otaqları, eləcə də 3 laboratoriya, fizika, kimya, informatika, hərbi hazırlıq və 2 texnologiya kabineti var. Məktəb üçün geniş və müasir idman zalı, kitabxana, həmçinin 162 yerlik akt zalı istifadəyə verilib. Təhsil müəssisəsində 35 pedaqoji və 14 texniki işçi çalışır.

Bineqedi.info

Bineqedi mekteb

Bineqedi mekteb

Bineqedi mekteb

Bineqedi mekteb

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin