Binəqədi rayonunda fəal gənclərin mükafatlandırılma mərasimi keçirilib – FOTO

0

Binəqədi rayonunda fəal gənclərin mükafatlandırılma mərasimi keçirilib.
Bineqedi.info-ya verilən məlumata görə, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatı, Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin dəstəyi ilə 12 avqust – Beynəlxalq Gənclər Gününə həsr edilmiş “Hər şey vətən üçün!” devizi altında gənclərlə onlayn görüş zamanı Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev tərəfindən elan olunmuş, rayonun gənclər siyasəti, ictimai, sosial və mədəni həyatında fəal iştirak edən bir qrup fəal və könüllü gəncinin mükafatlandırma mərasimi təşkil olunub.
Belə ki, 17 avqust 2020-ci il tarixində Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin, 25 avqust 2020-ci il tarixində LOGOS Psixoloji və Nitq İnkişaf Mərkəzinin, 28 avqust 2020-ci il tarixində YAP Binəqədi Rayon Təşkilatının fəal gənclərinin mükafatlandırma mərasimi pandemiya dövrünün tələblərinə ciddi şəkildə əməl etməklə, qanunvericiliklə nəzərdə tutulmuş qaydalara uyğun keçirilib. Tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, rəis müavini Rüfət Əhmədov və fəal gənclər iştirak ediblər.

Bineqedi.info

Bineqedi gencler evi

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin