Binəqədidə 29 yaşlı piyadanı avtomobil vurdu

0

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.info xəbər report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Caniyeva Aytən Bayraməli qızı yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona qarnın küt travması və sağtərəfli bud-çanaq oynağının əzilməsi diaqnozu qoyulub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin