Binəqədidə “Depressiyadan uzaqlaş, iradəyə yaxınlaş” adlı təlim keçirilib

0

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman İdarəsi, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyi və “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə videokonfrans formatında “Depressiyadan uzaqlaş, iradəyə yaxınlaş” adlı təlim keçirilib.
Bineqedi.info saytı xəbər verir ki, Gənclər və İdman Nazirliyindən bildiriblər ki, təlimin əsas məqsədi COVID-19 pandemiyası dövründə gənclərin psixoloji sağlamlığının qorunmasıdır.
Koronavirus xəstəliyinin (COVID-19) yayılması ilə əlaqədar cəmiyyətimiz, xüsusilə, gənclərimiz həyat rejiminin ciddi pozulması ilə üzləşirlər. Pandemiya dövründə tətbiq olunan karantin qaydaları nəticəsində yaranan fiziki uzaqlaşmanı qəbul etmək çox ağırdır və bu, gənclərin psixoloji sağlamlığına təsirsiz qalmır.
Təlim çərçivəsində gənclərə depressiyadan uzaqlaşmaq yolları, sağlam həyat tərzi və motivasiya haqqında məlumat verilib.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin