Binəqədidə yanğın olub

0

Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində açıq sahədə başlayan yanğın söndürülüb.

Bineqedi.info xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva məlumat verib.

Onun sözlərinə görə, ərazidə yanğın olması ilə bağlı daxil olan məlumat əsasında Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin əməkdaşları sözügedən ünvana yollanıb:

“Yanğın qeydə alınan ərazinin yaxınlığında neft buruqları olub. Əməkdaşlarımız tərəfindən yanğın tam söndürülüb və yanğının yaxınlıqdakı neft buruqlarına keçməsinin qarşısı alınıb”.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin