Binəqədidə kişi naməlum şəraitdə bıçaqlandı

0
polis-masini-hebs-cinayet

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bineqedi.info saytı apa-ya istinadən xəbər verir ki, hadisə Xutor qəsəbəsi 15 ünvanında qeydə alınıb.

1992-ci il təvəllüdlü Məmmədov Hüseyn Adil oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı 3 nömrəli şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, o, komatoz vəziyyətindədir.

Fakt Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin