Binəqədidə sayğacda gizlədilən açarla evə oğurluğa girdi

0
ogurluq-cinayet-polis

Bakıda evdən oğurluq etməyə cəhd edən şəxs saxlanılıb.

Bineqedi.info saytı qafqazinfo-ya istinadən xəbər verir ki, avqustun 5-də saat 15 radələrində naməlum şəxs Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən mənzillərdən birinin qapısını işıq sayğacında gizlədilən açarla açaraq evə daxil olub. Həmin şəxs evdə olan 5 min manat pulu oğurlamağa cəhd edib.

Faktla bağlı cinayət işi başlanılıb və oğurluğa cəhddə şübhəli bilinən, Salyan rayon sakini, 35 yaşlı İ.Məmmədov tutulub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin