Binəqədi rayon sakinindən kultivasiya yolu ilə yetişdirilmiş 33 çətənə kolu götürülüb

0
bineqedide-cetene-kol

Daxili işlər orqanlarının əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində fasiləsiz tədbirlər həyata keçirirlər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan A.Ağayevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 28 dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 33 çətənə kolu aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin