Binəqədidə iki avtomobil toqquşdu, xəsarət alan var

0
bineqedide-qeza

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.info-nun məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1992-ci təvəllüdlü Seyidov Kamal Füzuli oğlu xəsarət alıb. O, hadisə yerinə gələn təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki aşağı ətraf tərəfin əziyi diqanozu qoyulub. Fakt araşdırılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin