Binəqədidə avtomobil velosipedçini vuraraq öldürdü

0
hadise

Bakıda ölümlə nəticələn yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Bineqedi.info saytına verilən məlumata görə, iyulun 27-i saat 19 radələrində Binəqədi qəsəbəsi ərazisində Ağsu rayon sakini T.Zeynalov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə velosiped sürən Abşeron rayon sakini R.Şəfiyevi vurub, nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin