Binəqədidə “Qarabağ Azərbaycandır!” mövzusunda onlayn görüş keçiriləcək

0
bineqedi onlayin gorus

24 iyul 2020-ci il tarixdə saat 11:00-da Binəqədi Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Binəqədi Rayon Yeni Azərbaycan Partiyası və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” devizi altında vətənpərvərlik mövzusunda gənclərlə onlayn görüş keçiriləcək.

Bineqedi.info-ya verilən məlumata görə, görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağiriş üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin rəisi polkovnik-leytenant Nicat Həsənov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri Təranə Paşayeva, Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin sədri Miraqil Seyidzadə, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev və fəal gənclərin iştirakı nəzərdə tutulmuşdur.
Görüşdə iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyatdan keçmək üçün 14-29 yaş arası binəqədi gəncləri idarəmizin whatsapp nömrəsinə (077-228-00-70) özləri haqda məlumatı ( ad, soyad, ata adı ) 23 iyul saat 19:00-dək göndərə bilərlər.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin