Hər birimiz üçün vətən, torpaq anlayışı birincidir

0
vusar ismayilov

Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasətinin nüvəsində Azərbaycanın milli maraqları, dövlətçilik prinsipləri, ümumxalq mənafeyi durur. O bütün fəaliyyəti dövründə Azərbaycançılıq idelogiyasını əsas götürərək, ölkəmizin nüfuzunun artması, dünya siyasi arenasında qətiyyətli soz sahibinə çevrilməsi istiqamətində gərəkən nə varsa, hamısını nizamlı və ardıcıl qaydada etməyi bacardı. Dünyanın Azərbaycana yanaşma metodunu dəyişərək, yeni, sivil, anlaşma modeli üzərində əlaqələrin qurulması mexanizmini yaratdı. Bəli, bu o Azərbaycan idi ki, Afrika ölkələrinə bəslənən münasibət kontekstində davranışa məruz idik. Çunki, zəif, gücsuz ölkənin sözünü deməyə hər ölkə cürət etmirdi. Həm daxili inkişafı təmin edən iqtisadi bir sistem yaratmaq, həm də siyasi münasibətlərdə yaranmış gərginliyi, disbalansı aradan qaldırmaq…

Torpaqlarının 20 faizi erməni qəsbkarları tərəfindən işğala məruz qalan ölkə liderinin qarşısında dayanan bu çətinlikləri yalnız İlham Əliyev kimi dərin zəkalı, güclü siyasi savada, məntiqə və nüfuza malik olan şəxsiyyət dəf edə bilərdi. Azərbaycan xalqının tarixində, taleyində əvəzsiz xidmətləri olan Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu məhz İlham Əliyev davamlı şəkildə irəliyə apara bilərdi və belə də oldu. Vaxtı ilə Azərbaycana və onun xalqına sarkazmla yanaşan bəzi dövlətlər indi ölkəmizlə hesablaşır və onun güclü, qüdrətli olmasını etiraf edirlər. Bir çox Beynəlxalq təşkilatlarda təmsil olunan Azərbaycan həm də o miqyasda keçirilən tədbirlərə ev sahibliyi və sədrlik edir.

Bəşəriyyəti bürümüş COVİD-19 pandemiyası ilə bağlı Qoşulmama hərakatının sədri kimi cənab prezidentimizin təşəbbüsünə verilən reaksiya öz-özlüyündə dünya çapında Azərbaycanın cənab İlham Əliyevin şəxsində böyük nüfuza malik olmasını göstərir və prezidentimizin mütərəqqi ideyalar müəllifi kimi tanınmasına dəlalət edir. Xarici siyasət sahəsində ölkəmizin uğurlarını çox sadalmaq olar. Cənab prezidentimiz dəfələrlə qeyd edir ki, Azərbaycan tarixdə indiki qədər güclü olmayıb. Əlbətdəki bu düşünülmüş iqtisadi və xarisi siyasətin təntənəsidir. Ümummili Liderimiz Heydər Əliyev Azərbaycanın ən ağır günlərində deyirdi ki, bizim siyasətimiz incə sap üstündə gedir. Hər an təhlükəylə üzləşən respublikamız coğrafi baxımdan elə bir məkanda yerləşir ki, tarazlaşdırılmış, düzgün siyasət yürütmədən normal qarşılıqlı əlaqələrə təbii ki, nail omaq mümkün deyil. Bu baxımdan cənab İlham Əliyev incə sap üstündə gedən siyasəti ardıcıl şəkildə apararaq qonşuluq münasibətləri ilə bərabər digər ölkələrlə də beynəlxalq əlaqələrin qurulmasında üstünlük əldə edə bildi. Ermənilərin Azərbaycanın Tovuz rayonununa edilən qəsd, işğalçılıq cəhdi bir şox ölkələr tərəfindən pislənildi və ərazi bütövlüyümüzün qorunub saxlanılmasına dəstək ifadə olundu. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin icrasının təmin olunmasına edilən çağırışlar bir daha onu göstərir ki, Azərbaycan doğru yoldadır və bu müdrik siyasət Azərbaycanın gələcəyinə yeni imkanlar və perspektivlər yaradır. Şübhəsiz ki, hər bir addım ölçülüb, biçilir və qarşılıqlı əlaqələrin proseslərin gələcək inkişafına təsir imkanları araşdırılır.

Eyni zamanda daxili resurslardan səmərəli istifadə edərək ölkəmizin möhkəmləndirilməsi və uzun müddətli inkişafı müəyyən olumuş xətt üzrə gedir. Lakin təəssüflər olsun ki, xarici siyasət sahəsində çalışan bəzi diplomatlarımız öz fəaliyyətlərini cənab prezidentimizin çox şaxəli və məhsuldar siyasi fəaliyyətinə uyğun formada qura bilmirlər. Xaricdə oturub ölkəmiz əleyhinə hədyanlar danışan, uğurlarımızı gölkə altına alan, sapı özümüzdən olan baltalar satqınlıq edəndə onlara qarşı həmin ölkədə yaşayan həmvətənlərimizin birgə mübarizə planlarını işləyib hazırladılarmı? Onlara etiraz edənlər tapılmadımı o ölkələrdə? Bu kimi suallar çox ola bilər. Əslində isə onların fəliyyətini düzgün koordinasiya edənlər ortada yox idi. Halbuki konkret məsuliyyəti olan şəxslər bu işləri peşəkarlıqla qura bilərdilər. Əgər özlərini peşəkar diplomat sayırdılarsa. Belə olan təqdirdə cənab prezidentin bu nüanslara xüsusi diqqət yönəltməsi başadüşülən və aydındır.

Ölkəmizdə və ölkəmizin hüdüdlarından kənarda yaşayan hər bir Azərbaycan vətəndaşı milli maraqlarımızın, müqəddəratımızın qorunması naminə müsəlləh əsgər omalıdır. Hər birimiz üçün vətən, torpaq anlayışı birincidir. Əgər bu cəhətləri fəaliyyətimizin əasa prioriteti kimi qəbul etsək, düşmənlər birliyimizi, bütövlüyümüzü, vahidliyimizi hec cürə poza bilməzlər. Unutmayaq ki, biz güclü, sarsılmaz, möhtəşəm, müstəqil Azərbaycanın enilməz vətəndaşlarıyıq.

Vüsar İsmayılov                                                                                                              Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin