Binəqədidə avtomobil qadını vuraraq xəsarət yetirdi

0
tecili yardim

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Sulutəpə qəsəbəsində avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Əkbərova Firuzə Hüseynqulu qızını vurub. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin və bədənin müştərək travmaları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin