Binəqədidə içməli suyun verilməsində fasilə olacaq

0
azersu

Bakının bir sıra rayonlarında içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Bineqedi.info saytı xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.                                                                                         Onun sözlərinə görə, şəhərin mərkəzi hissəsini qidalandıran magistral su kəmərində (Sulutəpə qəsəbəsi ərazisindən keçən hissədə) qəza baş verib:                                    “Baş verən qəza ilə əlaqədar paytaxtın Səbail, Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində 18 iyul səhər saatlarına qədər məhdudiyyətlər olacaq. “Azərsu” ASC-nin qəza briqadaları, xüsusi texnikası əraziyə cəlb edilib və qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin