Binəqədidə “Hyundai” “KamAz”a çırpıldı, bir ailə xəstəxanaya yerləşdirildi

0
kamaz-qeza

Bakıda yol qəzası baş verib.

Bineqedi.info saytı trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini R.Abbasov idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəeməni itirib və yolun kənarında dayanan “KamAZ” markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində R.Abbasov, həyat yoldaşı və 3 azyaşlı övladı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin