Binəqədidə eyvandan yıxılan qadın xəstəxanada öldü

0
bineqedi-tecili-yardim

Bakıda ölüm hadisəsi baş verib.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə iyulun 10-u gecə saatlarında Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində qeydə alınıb. Belə ki, 1936-cı il təvəllüdlü R.Hüseynova yaşadığı ikimərtəbəli evin ikinci mərtəbəsinin eyvanından ehtiyatsızlıqdan yıxılıb. Daha sonra o, bud və çanaq sümüyünün sınığı ilə xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq, R.Hüseynova iyulun 13-ü saat 11 radələrində xəstəxanada ölüb.  Araşdırmalar aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin