Binəqədi rayonunda karantin rejimi qaydalarını pozan şəxslər cərimələniblər – Fotolar

0
bineqedi-karantin

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan çay evi aşkarlanıb.

Bineqedi.info saytı xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən verilən məlumata görə, BŞBPİ, Binəqədi Rayon Polis İdarəsi və 6-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə Biləcəri qəsəbəsi Ordubadi küçəsində “Lokomativ-Biləcəri” çay evinin icarədarı, işçiləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə 17 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin icarədarı P.Bodurov 2000 manat, digərləri 200 manat cərimələniblər.

bineqedi-karantin

bineqedi-karantin

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin