“Prezident İlham Əliyevin şəxsində Azərbaycana etimad günbəgün artır” – Vüsar İsmayılov

0
vusar ismayilov

“Dünyanı bürümüş koronavirus bəşəriyyətdə insan tələfatına səbəb omaqla yanaşı, böyük  fəlakətlərə yol açdı. Epidemiya şəklində yayılan bu virus qısa müddət ərzində sərhədləri aşaraq pandemiya xarakteri aldı. Ümumdünya Səhiyyə Təşıilatı (ÜST) rəsmi olaraq COVİD 19 adı alan bu virusu pandemiya elan etdi. Lakin bəzi dövlətlər, o cümlədən də Avropanın bir çox ölkələri bu epidemiyaya o qədər də ciddi yanaşmadı. Nəticənin ağır fəsadlara səbəb olduğu bir müddət sonra bəlli oldu”. Bunu  açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Vüsar İsmayılov deyib.

Onun sözlərinə görə, Çinin Uhan şəhərindən yayılan koronavirus bir çox ölkələrdə kəskin problemlər yaratdı: “ MDB üzvü olan dövlətlərdən bəziləri pandemiyanı qəbul etməyərək inanmadıqlarını rəsmi bildirsələrdə, lakin qorxduqlarını da gizlətmirlər. Dünyanın super güc dövləti olan ABŞ gözəgörünməz müharıbəylə üz-üzə qalaraq hər gün minlərlə qurban verməkdə davam edir. Hələ Çində virus haqda dəhşətli məlumatlar yayılanda Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyev hökumət də qabaqlayıcı tədbirlərin görülməsi üçün aidiyyatı qurumlara müvafiq tapşırıqlar vermiş və nəticədə dərman preparatlarının alınması, tibbi ləvazimatların gətirilməsi istiqamətində qəti addımlar atılmışdır. 200 ədəd süni tənəffüs aparatının alınması, 200 çarpayılıq 10 modul tipli xəstəxanalrın quraşdırılmasıyla bağlı müvafiq sərəncamın verilməsi və icrasının dərhal təmin olunması, Koronavirus fondunun yaradılması, karantin elan olunması və şəraitlə əlaqədar evdən çıxmayan aztəminatlı və işsiz vətəndaçlarımıza dövlətin sosial qayğısı əslində vaxtında atılan addım kimi gələcəkdə ağırlaşmaların qarşısını aldı. Nəzərə alsaq ki, Çindən sonra virusun yayıldığı ölkə qonşu İran İslam Respubikası olmuşdur , onda cənab prezidentimiz tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlərin nə qədər böyük önəm daşıması məlum olur. Əlbətdəki bu da ayrıca bir mövzunun söhbətidir ki, bəzi məsuliyyətsiz vətəndaşların səhlənkarlığı üzündən yoluxma sayının artımı müşahidə olunur və bu barədə KİV səhifələrində, sosial şəbəkələrdə hər gün yazılır və deyilir”.

V.İsmayılov bildirib ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyev pandemiyanın yayıldığı ilk aylarda bəyan etdi ki, onun üçün insan faktoru hər bir iqtisadi imkanlardan daha da üstündür: “Məlumdur ki, pandemiya tək insan həyatına deyil, eləcədə ölkələrin iqtisadiyyatına sarsıdıcı zərbələr vurur. Sürətli iqtisadi inkişaf yoluyla gedən Azərbaycan da bu təsirlərin acılarına məruz qalan ölkələrdəndir. Lakin cənab prezidentimiz hər bir vətəndaşının sağlamlığının qorunub saxlanması naminə zəruri olan mühüm qərarlar qəbul etdi ki, nəticədə də müsbət dinamika yarandı. Ölkə prezidenti nəyinki öz vətəndaşlarımızı, hətta digər ölkə vətəndaşlarını da düşünürək dünyanın 30 dan çox ölkəsinə yardımlar göstərilməsi barədə qərarlar qəbul etdi və bu da dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı. Qlobal pandemiya indi dünya liderlərinin ən aktual müzakirə mövzusudur. Təsadüfi deyil ki, 2020 ci ilin may ayının 4-də Qoşulmama Hərəkatının sədri kimi cənab prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə QH-nın Təmas Qrupunun COVİD 19-a həsr olunmuş, video formatda zirvə görüşü keçirildi. Bu görüşdə cənab prezidentimiz bu bəlaya qarşı birgə mübarizə aparmağın vacibliyini qeyd edərək, üzv dövlətləri həmrəyliyə çağırdı.

Təşəbbüsü yüksək qiymətləndirən ÜST-nın baş direktoru cənab Tedros Adhanom Qebreyesus Cənab Prezident İlham Əliyevə təşəbbüskarlığına, Təşkilata göstərdiyi maliyyə yardımına, ÜST-nın təlimatlarının Azərbaycanda yüksək səviyyədə yerinə yetirildiyinə görə dərin təşəkkürünü bildirdi. Azərbaycan respublikasının Dövlət başçısı cənab İlham Əliyevin zirvə görüşündə BMT-nın Baş Assembleyasının COVİD 19-a həsr olunan xüsusi iclasının keçirilməsi təklifinin 130 dövlət tərəfindən qəbul olunması onu göstərir ki, Azərbaycana ən yaxşı nümunələr göstərən ölkə kimi böyük etimad Cənab Prezidentin şəxsində həmişə olub və bu getdikcə daha da səmimi xarakter alır. Hesab edirəm ki, birgə səylər öz rasionallığını qoruyub saxlayacaq və aparılan mübarizə tədbirlərı sayəsində dünya bu dəhşətli pandemiyaya tezliklə qalib gələcəkdir. Yetər ki, vətəndaşlarımız öz məsuliyyətini dərk edib, ÜST-nın və Azərbaycan Respublikası Nazirlər Kabineti yanındakı operativ qərargahın tələb və tövsiyyələrinə doğru-dürüst əməl etsinlər”.sia.az

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin