Binəqədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var

0
qeza-dyp-bineqedi

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Biləcəri qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sərnişinlər – 1986-cı il təvəllüdlü Abdullayev Zaur Rafiq oğlu və 1988-ci il təvəllüdlü Həsənov Hikmət Mehman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı Z.Abdullayeva döş qəfəsinin küt travması və alın nahiyəsinin əziyi, H.Həsənova isə alın nahiyəsinin cırılmış yarası və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.                                                                                                  Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin