Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində daha bir əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Bineqedi.info saytına verilən məlumata görə, Baş İdarəyə Şamil adlı şəxsin Binəqədi rayonunda yaşadığı evdə qanunsuz olaraq silah gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbiri nəticəsində həmin şəxs, paytaxt sakini Şamil Həsənov tutulub. Onun Binəqədi rayonunda qeydiyyatda olduğu evə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 4 ədəd patron aşkar olunaraq götürülüb. Şamil Həsənov ifadəsində bildirib ki, silah-sursatı bir müddət əvvəl yaşadığı evin yaxınlığında tapıb və polisə təhvil verməyərək qanunsuz olaraq üzərində gəzdirib. Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Ev Manşet
Binəqədi gəncləri
Binəqədili gəncləri tanıyaq: Məmmədli Sevinc Rəşad qızı
Məmmədli Sevinc Rəşad qızı 13 iyul 2004-cü ildə Bakı şəhəri Binəqədi rayonunda anadan olub.
Bineqedi.info saytı Binəqədi rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir...
Binəqədili gəncləri tanıyaq: Aysel Natiq qızı Əliyeva
Aysel Natiq qızı Əliyeva 10 sentyabr 2004-cü ildə anadan olub.
Bineqedi.info saytı Binəqədi rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir ki, 2010-2013-cü illərdə Bakı...
Binəqədidə Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat turniri keçirilib – FOTOLAR
Beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat turniri keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Binəqədi Gənclər...
Binəqədidə rəsm sərgisi keçirildi – FOTOLAR
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Binəqədi rayon 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Binəqədi...
Binəqədidə idman könüllüləri arasında mini futbol turniri keçirilib – FOTOLAR
Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 23 noyabr 2021-ci il tarixində Binəqədi rayonunun ərazisində yerləşən "Azfar" MMC-nin...