Binəqədidə 24 yaşlı gənci avtomobil vurub

0

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Rəsulzadə qəsəbəsində 1996-cı il təvəllüdlü Quluzadə Cavid Hüseyn oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol bazu sümüyünün sınığı diaqnozu qoyulub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin