Binəqədidə “Futbol” birinciliyi keçirilib – Fotolar

0
bineqedi-futbol-yarisi.

Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “26 İyun – “Silahlı Qüvvələr günü”nə həsr olunmuş “Futbol” birinciliyi keçirilib.
Bineqedi.info saytının məlumatına görə, “Futbol” birinciliyinin nəticəsinə əsasən 1-ci yeri “Yasamal FC” komandası , 2-ci yeri “Xutor FC” komandası, 3-cü yeri “Papanin FC” komandası tutub.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov, baş məsləhətçi Elvin Quliyev, aparıcı məsləhətçi Rafiq Nəsirov iştirak etmişdir.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq COVID-19 virusunun qarşısının alınması məqsədi ilə sosial məsafə qorunub. İştirakçılar stadiona hərarətləri yoxlanılaraq daxil olublar.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin