Binəqədi gəncləri xüsusi qayğıya ehtiyacı olan ailənin bağında işlədilər – FOTO

0
bineqedi gencleri

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin start verdiyi “Könüllü qonaq” aksiyası Binəqədi rayonunda da uğurla həyata keçirilir.

Bineqedi.info saytı xəbər verir ki, bir qrup könüllü gənc rayon ərazisində yaşayan və xüsusi qayğıya ehtiyacı olan ailənin evinə baş çəkiblər. Həyətdə və bağda səliqə-sahman yaradan gənclər, iş sonu ev sahibi ilə xoş və maraqlı vaxt keçiriblər. Xatırladaq ki, aksiyanın məqsədi tənha yaşayan yaşlı vətəndaşlarımızın könüllülər tərəfindən ziyarət olunması, onların yalnız olmadığının, könülüllərin hər zaman dəstək olmağa hazır olduqlarının hiss etdirilməsi, eyni zamanda, koronavirus (COVID-19) pandemiyasından qorunmaq üçün ehtiyat tədbirləri barədə ətraflı məlumatların verilməsindən ibarətdir. Məlumat üçün bildirək ki, öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib. Bugünədək AKƏM-in təşkilatçılığı ilə “Maskadan istifadə et” və “Sosial məsafə gözlə” devizləri altında sosial maarifləndirmə aksiyaları, “Böyüklərimizi qoruyaq!”, “Könüllü qonşu”, “Könüllü donor” aksiyalarında minlərlə könüllü iştirak edib.

27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, “Formula 1 Azərbaycan Qran Prisi” Könüllülük Proqramı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” Təşkilatı, “Ekokönüllüləri” Qrupu, “AFFA və Avro-2020” Könüllülər Proqramı, “Gənc Könüllülər” Hərəkatı və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilir.

Bineqedi.info

bineqedi gencleri

 

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin