Binəqədidə polis dönər fırıldaqçısını axtarır – FOTO

0
doner-ogurluq-bineqedi

Bakıda iaşə obyektlərində fırıldaqçılıq edən şəxs müşahidə kameralarına düşüb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Binəqədi rayonunda bir kişi öz qanunsuz hərəkətləri ilə ictimai iaşə obyektlərinə 480 manat zərər vurub.

Polis həmin şəxsi axtarır.

Dələduzluq sxemi sadədir. Kişi kafeyə daxil olur, böyük şaurma sifariş edir və kuryerə “çaypulu” vermək adı ilə onu avtomobil ilə getməyə razı salır. Eyni zamanda, fırıldaqçı kifayət qədər pulunun olmadığını və yalnız evə çatdıqdan sonra ödəniş edə biləcəyini deyir. Kuryerdən isə ilkin ödəniş kimi, verəcəyi pulun qalığı həcmində müəyyən məbləğdə pul alır.

Yolda o, kuryerin sayıqlığını zəiflədir, onunla müxtəlif mövzularda danışır və yaşayış binasının həyətinə gətirir. Burada kafe işçisinə mənzilinə qalxmağı və həyat yoldaşından, deyək ki, 100 manat istəməsini xahiş edir. Kuryer tələbi yerinə yetirməyə gedəndə həmin şəxs maşını ilə aradan çıxır.

Araşdırmalar davam etdirilir.oxu.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin