Binəqədi Rayon İcra Hakimiyyəti videomüşavirə keçirib

0

Binəqədi Rayonunda, ölkə başçısı İlham Əliyevin “03-11” İyun 2020-ci il tarixlərində keçirdiyi görüşlər,iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlar barədə “Məlumat saatı” formatında videomüşavirə keçirilib.

Bineqedi.info-ya verilən məlumata görə, müşavirədə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak edib. Müzakirə zamanı ölkə başçısı cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 9 iyun 2020-ci il tarixində Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışında karantin tədbirləri ilə bağlı səsləndirdiyi fikirlər, tapşırıq və tövsiyələrinin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.
Çıxış edən natiqlər bildirdilər ki, Qlobal pandemiya ilə mübarizə məsələsi ilk gündən Prezident İlham Əliyevin diqqət mərkəzində oldu. Mart, aprel, may və iyun aylarında dövlət başçısının fəaliyyəti, keçirdiyi görüşlər, verdiyi qərarlar bunu təsdiq edir. Koronavirusla mübarizə bu gün dövlət siyasətinin prioritetlərindən biridir. Bu istiqamətdə ən vacib məsələ isə ilk növbədə vətəndaşların sağlamlığıdır. İyunun 9-da modul tipli xəstəxanaların açılışı zamanı Prezident İlham Əliyev bir daha bildirdi ki, görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanmışdır.
Modul tipli xəstəxanaların istifadəyə verilməsi görülən işlər istiqamətində yeni eranın başlanğıcı kimi qiymətləndirilə bilər. Virusun yayılmağa başladığı dövrdən dövlət başçısının tapşırığına əsasən zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlər görüldü. Bu istiqamətdə görülən kompleks işlər çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə modul tipli xəstəxanaların tikintisinin xüsusi əhəmiyyəti var. Bu, tətbiq olunan xüsusi karantin rejimi dövründə ölkənin səhiyyə sisteminin indiyədək görünməmiş bu qlobal çağırışa və arta biləcək xəstə sayına tab gətirməsi üçün mövcud xəstəxanaların infeksion çarpayı fondunun artırılması baxımından müstəsna rol oynayır. Belə ki, modul tipli xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sisteminin əlavə ehtiyat yeri yaranır. Eyni zamanda, bu xəstəxanaların yaradılmasında əsas məqsədlərdən biri də koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməkdir. Modul tipli xəstəxanaların yaradılması Prezident İlham Əliyevin “Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2020-ci il tarixli sərəncamı ilə həyata keçirilir. Bunun üçün dövlət büdcəsindən 14,8 milyon manat ayrılıb. İlk belə xəstəxana mayın 7-də paytaxtda istifadəyə verilib. Növbəti 3 xəstəxana isə paytaxtın Bilgəh qəsəbəsində, Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılıb. Mühüm məsələlərdən biri də odur ki, 10 modul xəstəxananın 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edəcək. Bununla da dövlətin üzərinə düşən yük bir qədər azalır. Bu barədə danışan Prezident İlham Əliyev özəl sektora və vətəndaşlara təşəkkür edərək deyib: “Özəl sektorun nümayəndələrinə və eyni zamanda, adi vətəndaşlara koronavirus dövründə göstərdikləri maliyyə dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm”.
Göründüyü kimi, Azərbaycan Prezidenti pandemiya ilə mübarizədə əhalinin sağlamlığını diqqətdə saxlayır və bu istiqamətdə hər bir layihənin icrası ilə şəxsən maraqlanır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin təməlində konkret iş, real inkişaf, əməl dayanır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin