Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafelər aşkar edilib. Bineqedi.info saytı apa-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi, Post Patrul Xidməti və 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ayrı-ayrılıqda Rəşid İsmayılov küçəsi 11-də adsız, Novxanı qəsəbəsində “Liman” kafesinin sahibləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə, 10 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahiblərindən Elmir Xanlarov 1500 manat, digərləri 100 manat cərimə olunublar.
Ev Manşet
Binəqədi gəncləri
Binəqədidə keçirilən “Şahmat” turnirinin nəticələri açıqlanıb
Binəqədi rayonunda 20 yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş onlayn “Şahmat” turniri keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər...
Binəqədi rayonunda könüllülər arasında “Futbol” birinciliyi keçirilib – Fotolar
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin təşkilatçılığı ilə 15 sentyabr 2020-ci il tarixində...
Binəqədidə şəhid general Polad Həşimovun xatirəsinə həsr olunmuş turnir – Fotolar
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 24-25 avqust 2020-ci il tarixlərində Şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr...
Binəqədi birinciliyində qalib olan idmançılar mükafatlandırılıb- Fotolar
Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 26-cı ildönümünə həsr...
Binəqədidə “Futbol” birinciliyi keçirilib – Fotolar
Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “26 İyun - “Silahlı Qüvvələr günü”nə həsr olunmuş “Futbol” birinciliyi keçirilib.
Bineqedi.info saytının...