Binəqədidə 2-3 hektar sahə yanıb

0
bineqedide yangin

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən aparılan videomüşahidə zamanı, Bakı şəhəri, Binəqədi rayonunda dağlıq ərazidə tüstülənmə olması qeydə alınıb.                                        Bineqedi.info saytı qafqazinfo-ya istinadən xəbər verir ki, dərhal nazirliyin müvafiq xilasetmə qurumları məlumatlandırılıb. Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən ərazidə yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər həyata keçirilib. İlkin məlumata əsasən, mürəkkəb relyefli dağlıq ərazidə təqribən 2-3 ha sahədə quru ot və kol-kos yanıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin