Binəqədidə “Virtual gənclik” Digital Forumu keçirilib – Fotolar

0
bineqedi digital forum

“28 May-Respublika günü”nə həsr olunmuş online “Virtual GəncLİK” Digital Forum keçirilib.

Bineqedi.info-ya verilən məlumata görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının müavini Aygün Əliyeva və Binəqədi Gənclər Evinin direktoru Ələkbər Mustafayevin iştirakı ilə baş tutmuş konfransda müasir Azərbaycan gəncinin Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsi haqqında, gənclərin milli maraqlara, milli-mənəvi dəyərlərə bağlılığının artırılması, onlarda vətənpərvərlik və dövlətçilik ənənələrin formalaşdırılmasının vacibliyindən danışılıb.
Qeyd edək ki, “28 May-Respublika günü”nə həsr olunmuş “Virtual GəncLİK” Digital Forum 2020, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Binəqədi Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı, Binəqədi Gənclər evinin təşkilatçılığı ilə həyata keçirilib!

bineqedi digital forum bineqedi digital forum

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin