YAP Binəqədi rayon təşkilatı videokonfrans keçirdi – Fotolar

0
yap bineqedi

YAP Binəqədi rayon təşkilatı tərəfindən Respublika Günü münasibətilə videokonfrans keçirildi.

Bineqedi.info-ya verilən məlumata görə, bu gün Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının təşkilatçılığı ilə 28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102-ci ildönümü və Respublika Günü münasibətilə videokonfrans keçirildi. Videokonfransda YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, millət vəkili, YAP Binəqədi rayon təşkilatı İdarə Heyətinin üzvü Kamaləddin Qafarov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, YAP Binəqədi rayon təşkilatı İdarə Heyətinin üzvü İlqar Süleymanov, Binəqədi RİH başçısının müavini, YAP Binəqədi rayon təşkilatının sədr müavini Vüsar İsmayılov, YAP Binəqədi rayon təşkilatının sədr müavini, Binəqədi rayonu 283 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Tünzalə Zeynalova, rayon təşkilatının əməkdaşları, gənc fəalları iştirak etdilər.
Videokonfransı giriş sözü ilə açan Ramiz Göyüşov tarixə ekskursiya edərək Azərbaycan tarixinin şərəfli səhifəsi olan Xalq Cümhuriyyətinin yaradılmasından ətraflı bəhs etdi. Bildirdi ki, Azərbaycan dövləti öz tarixində çoxsaylı qəhrəmanlıq salnamələri yazıb. Bu tarixi hadisələr içərisində müsəlman Şərqində ilk demokratik Xalq Cümhuriyyətinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Xalq Cümhuriyyətinin yaradılmasına gətirən səbəblər, eləcə də mövcud olduğu 23 ay ərzində əldə olunan uğurlardan danışdı. Bu tarixin heç bir zaman unudulmayacağını və qəhrəmanlıq səhifəsi kimi daim yad ediləcəyini, gələcək nəsillərə çatdırılacağını diqqətə çatdırdı. Ramiz Göyüşov müasir, müstəqil Azərbaycan dövlətinin Xalq Cümhuriyyətinin varisi olduğunu, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə özünün ən qüdrətli dövrünü yaşadığını vurğuladı. Bütün xalqımızı bu əlamətdar tarixi hadisə münasibətilə təbrik etdi.
Kamaləddin Qafarov geniş çıxış edərək bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 ay fəaliyyət göstərsə də, qəhrəman xalqımızın öz müqəddəratını təyin etməyə həmişə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu qısa tarixi dövr Azərbaycan xalqının tarixi dövlətçilik ənənələrinin yenidən bərpasına və milli mənlik şüurunun güclənməsinə böyük təsir göstərdi. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxaraq 300-dən artıq ilkə imza atdı. Həmin dövrdə həyata keçirilməyən ilklər isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən reallaşdırıldı. Ölkəmizin inkişafına kölgə salmağa cəhd edən antimilli ünsürlərdən danışaraq onları tənqid etdi.
Tünzalə Zeynalova isə çıxışında qeyd etdi ki, cümhuriyyət tariximiz özlüyündə milli yaddaşın bərpası, milli özünüdərkin təşviqi olmaqla yanaşı, həm də cumhuriyyət dəyərlərinə, onun qurucularına olan dəyərin, hörmətin təzahürüdür. Bu tarix unudulmayacaq və xalqımızın qəhrəmanlıq salnaməsi kimi yaddaşlarda yaşayacaq.
Sonda Vüsar İsmayılov vurğuladı ki, xalqımız dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında cümhuriyyət ənənələrinə sadiq qalaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Hazırda ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi Prezident cənab İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirilir. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar həyata keçirilir, ölkə iqtisadiyyatı sürətlə inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün ardıcıl addımlar atılır. Bu addımlar xalq-iqtidar birliyini daha da sarsılmaz edir. Bu gün müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi kimi dünya birliyində öz layiqli yerini tutur.
Videokonfransın sonunda gənc fəallar fikirlərini bölüşdülər.

yap bineqedi

yap bineqedi

yap bineqedi

 

 

 

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin