Binəqədi Rayon İcra Hakimiyyəti videomüşavirə keçirib

0

Binəqədi Rayonunda, ölkə başçısı İlham Əliyevin “14-21” May 2020-ci il tarixlərində keçirdiyi görüşlər,iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlar barədə “Məlumat saatı” formatında videomüşavirə keçirilib.

Bineqedi.info-ya verilən məlumata görə, müşavirədə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak edib. Çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov ötən həftə ərzində ölkə başçısının mühüm görüşlərdə iştirak etdiyini, eyni zamanda vacib fərman və sərəncamlar imzaladığını bildirdi. V.İsmayılov ölkə başçısının iştirakı ilə (CISCO şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu şirkətin rəhbərləri və Moldova Prezidenti İqor Dodon arasında videokonfranslar, 3 saylı DOST mərkəzinin açılış mərasimi, Ağstafa və İmişli rayon icra hakimiyyətlərinin yeni başçılarının videoqəbulu) keçirilən bütün tədbirlərdə və görüşlərdə ölkə başçısı tərəfindən vacib çağrışlar edildiyini bildirdi.
Vüsar İsmayılov ölkə rəhbərinin fəaliyyət istiqamətinin bütün dövlət qulluqçuları üçün əsas örnək olduğundan bəhs etdi. Natiq ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində aydınlığın durduğunu və heç bir problemin qaranlıq qalmadığını bildirdi. V.İsmayılov ölkə başçısının atdığı addımların, qəbul etdiyi qərarların Azərbaycan xalqının maraqlarına, xoş gələcəyinə hesablanmış siyasət olduğundan danışdı. Natiq bu gün ölkəmizdə dövlət-vətəndaş münasibətlərinin yüksək səviyyədə inkişafının da məhz ölkə başçısının fəaliyyətinin nəticəsi olduğun bildirdi. Daha sonra mövzu ətrafında geniş söhbət aparılıb.

Bineqedi.info

bineqedi

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin