“İDEA” İctimai Birliyinin gənc könüllüləri Binəqədidə tibbi maska paylayır – Fotolar

0
bineqedi-idea-maska-paylayir

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq koronavirus pandemiyası dövründə əhalinin sağlamlığının qorunması məqsədilə “İDEA” İctimai Birliyinin gənc könüllülərinin iştirakı ilə Binəqədi rayon sakinlərinə ödənişsiz şəkildə tibbi maskaların paylanılmasına start verilib.

Bineqedi.info-ya verilən məlumata görə, aksiya çərçivəsində sakinlərin daha kompakt şəkildə toplaşdığı ünvanlarda, metro stansiyalarının ətrafında və giriş hissələrində, ictimai məkanlarda insanlarla marifləndirici söhbətlər aparılmış, onlara tibbi maskalardan istifadə etməyin vacibliyi barədə müvafiq məlumatlar verilmişdir.
Məlumat üçün qeyd edək ki, bununla bərabər mobil qruplar tərəfindən rayon ərazisində koronavirus pandemiyasının yayılmasının təsirinin azaldılması istiqamətində mütamadi olaraq tibbi dezinfeksiya məslullarının, qoruyucu maska və əlcəklərin paylanılması işi həyata keçirilir.

Bineqedi.info

bineqedi-idea-maska-paylayir bineqedi-idea-maska-paylayir bineqedi-idea-maska-paylayir

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin