Binəqədi rayonunda avtomobil qaçıran keçmiş məhkum tutulub

0
bineqedi-rayon-polis-bolmesi

Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinə müraciət edən paytaxt sakini Ə.Əliyev mayın 17-də Binəqədi qəsəbəsi ərazisindən “Ravon” markalı avtomobilinin qaçırıldığını bildirib.

Bineqedi.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Cəfərov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bilgəh qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.                                                        Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin