Binəqədidə sakinlərə maska və əlcək paylanılıb – Foto

0
bineqedide-maarifleme.

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Binəqədi rayonunda fəaliyyət göstərən mobil qruplar tərəfindən rayon ərazisində koronavirus pandemiyasının yayılmasının təsirinin azaldılması istiqamətində M.Ə.Rəsulzadə qəsəbəsi və S.S.Axundov küçəsində yaşayan sakinlərə tibbi dezinfeksiya məhsulları, qoruyucu maskalar və əlcəklərin paylanılması işləri həyata keçirilib.

Bineqedi.info xəbər verir ki, eyni zamanda, sakinlər arasında tələb olunan qaydalara riayət edilməsinin, şəxsi gigiyena qaydalarına və özünütəcrid tədbirlərinə uyğun davranmağın, müxtəlif şəxslərlə kontaktda olarkən qoruyucu tibbi maskadan istifadə etməyin, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamağın vacibliyi barədə söhbət aparılıb.

bineqedide-maarifleme.

bineqedide-maarifleme.

bineqedide-maarifleme.

bineqedide-maarifleme.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin