Binəqədidə “Beynəlxalq Ailə günü” münasibəti ilə “Azərbaycan ailə modeli” mövzusunda onlayn inşa yazı müsabiqəsinə start verilir

0

Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 15 may – “Beynəlxalq Ailə günü” münasibəti ilə “Azərbaycan ailə modeli” mövzusunda onlayn inşa yazı müsabiqəsinə start verilir.
Müsabiqənin keçirilməsi qaydaları:
– Müsabiqədə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin 5-11-ci sinif şagirdləri iştirak edə bilərlər;
– inşalar kompüterdə Arial 12 şrifti ilə A4 ölçülü word sənədində və yaxud ana dili dəftərində 2-5 səhifə həcmində yazılmalı, müəllifin adı, soyadı, atasının adı, təhsil aldığı məktəb və sinfi mütləq şəkildə qeyd edilərək 18 may 2020-ci il tarixinə qədər binagadigii@mys.az elektron poçt ünvanına göndərilməlidir.
Qeyd: Dəftərdə yazılmış inşa yazılarının telefonla şəkli çəkilə və yaxud skan edilərək göndərilə bilər.
İnşa yazıları toplandıqdan sonra münsiflər heyətinə təqdim ediləcək və nəticələr barədə iştirakçılara məlumat veriləcək.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin