Binəqədi sakini Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb

0
ilham eliyev

Prezident İlham Əliyevin rəsmi elektron poçtuna Azərbaycanın müxtəlif şəhər və rayonlarından, qəsəbələrindən, kəndlərindən məktublar gəlir.

Bineqedi.info saytı paytaxtın Binəqədi rayon sakini  Abbasov Tahir Adil oğlunun Prezindentə ünvanladığı məktubu təqdim edir:

Əziz Prezidentimiz.

Sizə öz adımdan və ailə üzvlərimin adından xoş sözlərimi çatdırmaq istəyirəm. Çox sağ olun ki, koronovirusla mübarizə dövründə öz xalqınızın, birinci növbədə, biz uşaqların sağlamlığını və gələcəyini hər şeydən üstün tutursunuz. Bizə təhsildə geriləməməyimiz üçün şərait yaratdınız. Evdə qalsaq da təhsildən qalmadıq. Mən bütün yaşıdlarımın adından minnətdarlığımı bildirirəm. Mən də dərslərimi yaxşı oxuyuram, öz üzərimdə çalışıram ki, gələcəkdə rəhbər vəzifədə işləyim və Sizin kimi xalqıma, dövlətimə xidmət edəm. Mən fəxr edirəm ki, azərbaycanlıyam və Sizin kimi Prezidentimiz var.

Hörmətlə, Abbasov Tahir Adil oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

 

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin